Məşhur astronavt vəfat edib
“Apollon-14” ekspedisiyası 1971-ci il yanvarın 31-də Kanaveral burnundan Aya yola düşmüşdü. Ekspedisiyada Mitçell və ABŞ-ın ilk astronavtı Alan Şepard iştirak edirdilər. Onlar Fra Mauro krateri rayonunda Aya enərək astronavtlar arasında ilk dəfə olaraq yerə böyük süxur kolleksiyası gətirmişdilər. Məhz bu nümunələrin sayəsində alimlər Ayın mənşəyi və təkamülü barədə fərziyyələr irəli sürüblər.
AzVision.az
Teqlər: