Gürcüstan Azərbaycandan cavab gözləyir
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, danışıqlar aparmaq barədə təkliflərə yazılı şəkildə rədd cavabı alıblar:
“Danışıqlar müsbət nəticə versə, qazın Rusiyadan alınmasına lüzum qalmayacaq. Çünki, bu gün danışıqlar Rusiyadan alınacaq 300-400 milyon kubmetr qazın həcmi ətrafında gedir. Bizim öz mövqeyimiz var. Düşünürəm ki, sonda müəyyən bir razılığa gəlinəcək”.
Nazir əlavə edib ki, rəsmi Tiflis Qazax boru kəməri ilə SOCAR-dan, 2,9 milyon kubmetri “Şah-Dəniz” yatağında qalan 1,2-2 milyon kubmetr isə Rusyanın Ermənistana Gürcüstan ərazisindən ötürdüyü qaz üçün tranzit haqqı kimi alır.
İlkin Nəcəfzadə