Almaniyada miqrant sığınacağına hücum olub

Almaniyada miqrant sığınacağına hücum olub
  30 Oktyabr 2015    Oxunub:1619
Almaniyanın Baden-Vürttemberq əyalətində qaçqın düşərgəsinə miliyyətçilər tərəfindən hücum edilib.

Almaniyanın cinayətkarlığa qarşı federal mübarizə bürosu açıqlayıb ki, həmçinin Nordrhayn-Vestfalen əyaləti faşist xarakterli hücum hallarına görə ən yüksək göstəriciləri ilə seçilməkdədir.

Federal büro onu da bildirib ki, ekstremistlərin 121 sığınacağa basqını səbəbindən 426 cərimələnmə hadisəsi baş verib. Ümumilikdə Nordrhayn-Vestfalen əyaləti 26,2% statisik göstərici, eləcə də hər 4 nəfərdən birinin dini, irqi və milli zəmində aqressiya sərgiləməsi ilə tanınır. Əyalətin daxili işlər naziri hökmranlıq etməkdə olan nasizm atmosferindən üzgün olduğunu bildirib.

Xatırladaq ki, əvvəlki illərdə bu kimi ksenofob xüsusiyyətləri ilə Bavariya əyaləti daha çox fərqlənirdi.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti