Rusiya Azərbaycanın müdafiəsinə qalxdı

Rusiya Azərbaycanın müdafiəsinə qalxdı
  30 Oktyabr 2015    Oxunub:4564
Rəsmi Moskva ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda parlament seçkilərinə müşahidəçilər göndərməməsini siyasi qərar hesab edir.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin insan haqları, demokratiya və qanunun aliliyi məsələləri üzrə rəsmisi Konstantin Dolqov bildirib

“Azərbaycan hakimiyyətinin bu ölkədə noyabrın biri keçiriləcək parlament seçkilərində müşahidəçilərin sayının azaldılması ilə bağlı təklifinə ATƏT DTHİB açıq siyasi qərar verərək, ora ümumiyyətlə müşahidəçilər göndərməmək qərarı verdi”, - deyə Dolqov “Seçkilərin təşkili və onların yekunlarının qiymətləndirilməsinə dair universal standartlar” mövzusu ilə bağlı parlament dinləmələrində çıxışı zamanı bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti