Tanınmış teleaparıcı boşanır – 10 ildən sonra (FOTOLAR)

Tanınmış teleaparıcı boşanır – 10 ildən sonra (FOTOLAR)
  30 Oktyabr 2015    Oxunub:6034
Rusiyanın Birinci kanalında bazar günləri “Vremya” xəbərlər buraxılışının aparıcısı, Azərbaycan əsilli İradə Zeynalova və onun 52 yaşlı həyat yoldaşı Aleksey Samoletov boşanmaq haqqında qərar veriblər.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Onların boşanma səbəbləri açıqlanmır.

Qeyd edək ki, cütlük on ildən artıq müddətdir ki, bir yerdə yaşayırlar. Onların Timur və Oleq adlı iki oğlu var.
Xatırladaq ki, daha əvvəl müsahibəsində Zeynalova etiraf edib ki, ekranda dünyanın qaynar nöqtələrindən və təbii fəlakət zonalarından reportajlar hazırlayan əsl “dəmir ledi” kimi görünür. Lakin o, ailə həyatında mülayim biridir.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti