Sarkisyan arvadı ilə Gürcüstana gedir
Məlumata əsasən səfər zamanı Ermənistan prezidenti Serj Sarkisyan gürcü həmkarı Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili və parlament sədri David Usupaşvili görüşəcək.
Prezident sarayında ölkə başçıları birgə bəyənatla çıxış edəcək.
Hazırda səfər zamanı müzakirə olunacaq əsas məsələ məlum deyil. Ola bilsin ki, Ermənistan prezidenti Tbilisidə ölkəsinin İran qazının Gürcüstana tranziti üzrə regional layihədə iştirakı məsələsini müzakirə edəcək.
Eldar Tanrıverdiyev
AzVision.az