PEGİDA Almaniyada böyük etiraza hazırlaşır

PEGİDA Almaniyada böyük etiraza hazırlaşır
  29 Oktyabr 2015    Oxunub:1337
Almaniyanın “PEGİDA” adlı miliyyətçi təşkilatı Drezden şəhərində böyük bir etiraz aksiyasını təşkil etməyə çalışır.

AzVision.az Almaniyanın “Stern” nəşrinə istinadən bildirir ki, PEGİDA yaxın zamanda Drezden şəhərindən minlərlə insanın da qatıla biləcəyi və miliyyətçi ekstimist, islamafob ab-havada böyük bir etiraz aksiyası təşkil etməyi planlaşdırır.

Bütün bunların fonunda isə Zaksen əyalətində miqrantların olduğu avtobusa hücum edilib, həmçinin Hessen əyalətində qaçqın sığınacağına sağçılar tərəfindən od vurularaq yandırılıb.

Ekspertlərin rəyincə, bunlar anti-islam mövqeyilə diqqət çəkən “PEGİDA”nın müntəzəm olaraq Almaniyada təşkil etdiyi növbəti ksenofobiya mahiyyətli etiraz aksiyalarından biridir.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti