Rusiyada 7 erməni güllələndi

Rusiyada 7 erməni güllələndi
  29 Oktyabr 2015    Oxunub:2858
Ötən gecə Başqırdıstanın Salavat şəhərinin xəstəxanasına odlu silahdan yaralanmış yeddi erməni gətirilib.
Virtualaz.org lifenews saytına istinadən bildirir ki, bir qrup naməlum şəxs Severni küçəsində yerləşən avtoservisə daxil olub və yeddi nəfəri güllələyib.

Ən son məlumata əsasən, xəsarət alanlardan biri-avtoservisin sahibi A.Sarkisyan Salavat mərkəzi şəhər xəstəxanasında başından aldığı güllə yarasından ölüb.

“Baş verənlərin təfərrüatları aydınlaşdırılır. “İki və daha çox insanın həyatına qəsd” maddəsi üzrə cinayət işi qaldırmaq məsələsi həll edilir”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Məlumat görə, atışmadan əvvəl yolda qəza baş verib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, atışmaya qədər zərərçəkənlər dostlarının ad günü münasibəti ilə restoranda olublar. Tanışları zəng edib və yardım istəyiblər. Zəng edən adam ad günü keçirilən yerin yaxınlığında avtomobildə idarəetməni itirib və maşın yoldan çıxıb. O zaman bir neçə kişi yardım etmək üçün şənliyi tərk edib.

“Avtomobili itələdikləri an onlara üç nəfər naməlum şəxs yaxınlaşıb və baş verənləri uca səslə şərh edərək kameraya çəkməyə başlayıblar. Nəticədə söz mübahisəsi başlayıb və naməlum şəxslərdən biri travmatik tapança çıxardaraq kişinin üzünə bir neçə dəfə atəş açıb”- mənbə bildirib.

İlkin məlumata əsasən, naməlum şəxslər hadisə yerindən qaçıblar, zərərçəkən tibb məntəqəsinə gətirilib, yeddi nəfərdən ibarət kampaniya isə baş verənləri müzakirə etmək üçün yaralanana məxsus avtoservisə qayıdıb. Gözlənilmədən bir qrup maskalı naməlum şəxslər məkana daxil olaraq atəş açmağa başlayıb.


Teqlər:  





Xəbər lenti