Artur Rasızadə baş nazirlərlə görüşə gedir
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tacikistanın xarici işlər naziri Abdulfayz Atoi bildirib.
“2015-ci ildə Tacikistan Respublikası MDB hökumət başçılarının yekun iclasının oktyabrın 30-u Düşənbədə keçirilməsinə dair öz üzərinə öhdəlik götürüb”, - deyə Atoi qeyd edib.
Onun sözlərinə görə, iclasda yaxın perspektivdə MDB-yə üzv ölkələrinin əməkdaşlığının prioritet istiqamətləri nəzərdən keçiriləcək.
Sammitdə Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Ermənistan, Azərbaycan və Belarus baş nazirlərinin iştirak edəcəyi gözlənilir.
Proqrama əsasən, oktyabrın 30-u Tacikistan prezidenti Emomali Rahmon iclas iştirakçılarını qəbul edəcək. İclasın yekunlarına dair mətbuat konfransı keçiriləcək.
Eldar Tanrıverdiyev
AzVision.az