92 yaşlı Türkiyə Cümhuriyyəti...

 92 yaşlı Türkiyə Cümhuriyyəti...
  29 Oktyabr 2015    Oxunub:2439
Bu gün Türkiyədə Cümhuriyyət bayramı qeyd olunur
AzVision.az xəbər verir ki, ölkə müstəqilliyinin əldə olunmasından 92 il ötür. Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cumhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir.

Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də Mustafa Kamal (Atatürk) özü olur. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.

Hər il olduğu kimi bu il də Cümhuriyyət bayramı prezident sarayında qeyd olunacaq. İlk olaraq Ankarada Atatürkün məzarı ziyarət olunacaq və prezident təbrikləri qəbul edəcək. Bu il bayram prezidentin yeni iqamətgahında qeyd ediləcək. Artıq `Gogogle` şirkəti bayram münasibəti ilə doodle hazırlayıb.



Ərazisi 783 562,4 km² olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir. Əhalisi təxminən 77 milyon 695 min 904 nəfər, paytaxtı Ankara şəhəridir. Parlament üsulu ilə idarə olunan ölkənin bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan ibarətdir. Türkiyənin rəsmi dili türk dilidir.



Teqlər:





Xəbər lenti