Rusiya kanalları Azərbaycandan reportaj hazırladı - Video

Rusiya kanalları Azərbaycandan reportaj hazırladı - Video
  29 Oktyabr 2015    Oxunub:2816
Rusiyanın Birinci kanalı noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq prosesindən bəhs edən reportaj hazırlayıb.

Reportajda Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə bir mandat uğrunda orta hesabla altı namizədin mübarizə aparacağı bildirilir. Hələ ki, namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.

Reportajda, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafı haqda məlumat verilir. Vurğulanır ki, son illərdə ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılır.

Kanal Mərkəzi Seçki Komissiyasıın sədri Məzahir Pənahovun fikirlərinə də yer verib. M.Pənahov qeyd edir ki, Milli Məclisə beşinci seçkilərdə iştirak üçün iki minə qədər namizəd sənədlərini MSK-ya təqdim edib. Lakin çoxları qalib gəlmək şanslarının az olduğunu anlayaraq, namizədliklərini geri götürüblər. İndi seçki bülletenində 767 namizədin adı var. Beləliklə, hər bir dairəyə 6-dan çox namizəd düşür. Ümumilikdə bunun özü ciddi rəqabətdir. Seçkidə 22 siyasi təşkilat mübarizə aparacaq. Onlardan yeddisi bir koalisiyada birləşir. Lakin ekspertlər indidən proqnozlaşdırırlar ki, seçkinin real favoriti Yeni Azərbaycan Partiyasıdır.

“Biz ən azı əvvəlki parlament seçkilərindəki nəticələri təkrarlamaq istəyirik. Ötən dəfə partiyamız 71 mandat qazandı, bu yerlərin 60 faizindən çoxu deməkdir”, - deyə telekanal Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədovun fikirlərinə də yer verib.

Reporatjda qeyd olunur ki, seçkiləri 500-ə qədər beynəlxalq müşahidəçi izləyəcək. Ənənəvi olaraq parlament seçkiləri həmişə əhalidə böyük marağa səbəb olur. Mərkəzi Seçki Komissiyası seçkidə 50 faizindən çox seçicinin iştirak edəcəyini proqnozlaşdırır.



Eyni zamanda Azərbaycanda keçiriləcək parlament seçkilərilə bağlı Rusiyanın “NTV” kanalı da reportaj hazırlayıb. Reportajda seçkilərə hazırlıq prosesinin beynəlxalq standartlara uyğun səviyyədə aparıldığı qeyd olunur. Reportajda bildirilir ki, 125 mandat uğrunda 800-ə yaxın namizədin mübarizə aparması həm də böyük rəqabət mühitinin yaranmasından xəbər verir. “Seçkilərdə barmaq izlərinin yoxlanması şəfafflığın təmin edilməsinə xidmət edir. Digər tərəfdən, səsvermə prosesi çoxlu sayda ölkədən olan müşahidəçilər tərəfindən izlənəcək”, - deyə reportajda vurğulanır.

Dünya bazarında neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda son 10 ildə iqtisadiyyatın yüksək sürətlə inkişaf etdiyini vurğulayan rusiyalı jurnalist Svitoslav Qordin xüsusilə qeyri-neft sektorunda müşahidə olunan inkişafa diqqət çəkir.(Secki-2015.az)




Teqlər:  





Xəbər lenti