Avropada miqrantlara qarşı divar tikilir
Həmçinin Sloveniya elə həmin gün sərhədlərində divarlar tikəcəyini bəyan edib.
Ölkənin baş naziri Miro Cerar təhlükəsizlik şurasının iclasında bildirib ki, əgər lazım gəlsə dərhal divar çəkəcəyik.
Bundan əvvəl Macarıstan eyni hərəkətə görə beynəlxalq tənqidlərlə üzləşdi. Avstriya Almaniyanı həddən artıq az miqrant qəbul etməkdə günahlandırır.
Bu il Suriya İraq və Əfqanıstandan Avropaya 700 mindən çox miqrant gəlib.