Tarixdə ilk dəfə: Bu ölkədə prezident qadın oldu

Tarixdə ilk dəfə: Bu ölkədə prezident qadın oldu
  28 Oktyabr 2015    Oxunub:2650
Nepal Parlamenti çərşənbə günü Bidhia Bhandarini ölkə prezidenti seçib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ölkə tarixində seçilən ilk qadın prezidentdir.

Bhandari qadın hüquqlarının qorunması üçün aktiv şəkildə kampaniyalar təşkil edir. Hazırda o, hakim Kommunist partiyasının sədr müavini vəzifəsini tutur.

Bhandari parlamentdə 327 səs toplayaraq Nepal konqresindən olan rəqibi Kul Bahadur Qurunqaya qalib gəlib.

Qeyd edək ki, sentyabrın 20-i yeni konstitusiya qəbul olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti