`Miqrantları bölüşdürməliyik`,- Niderlandın baş naziri

`Miqrantları bölüşdürməliyik`,- Niderlandın baş naziri
  28 Oktyabr 2015    Oxunub:1251
Niderlandın baş naziri Mark Rutte deyib ki, hazırkı miqrant problemi AB ölkərini çətin duruma salaraq, iki hissəyə bölüb.

O, Şərqi Avropa ölkərinin suverinliyinin qorunması şərtilə onlara mühacir axınının tənzimlənməsində yardım göstərilməsini Aİ-dən tələb edərək, bildirib ki, bu ölkələr mövcud problemin həllindən ötrü çox şey etməyə qadir deyillər.

“Avropaya üz tutmuş mühacirləri təkcə Almaniyaya yönlədirmək olmaz. İmkan yaratmaq lazımdır ki, onlar Niderland və İsveç kimi ölkələrə də gedə bilsinlər”,– deyə nazir qeyd edib.

Fərrux Həsənov



Teqlər:





Xəbər lenti