“Facebook” “qara qızlar”ın smsinə əncam çəkdi

“Facebook” “qara qızlar”ın smsinə əncam çəkdi
  28 Oktyabr 2015    Oxunub:2308
“Facebook” daha bir yenilik edib.
AzVision.az xəbər verir ki, sosial şəbəkədə dostunuz olmayan şəxslər sizə mesaj göndərdiyi zaman “digər mesajlar” qutusuna düşürdü. Tətbiq edilən yenilikdən sonra artıq bu baş verməyəcək. Belə ki, dostluğunuzda olmayan şəxslərin sizə mesaj göndərməsi üçün sizin icazəniz lazım olacaq. Yəni dostluğunu qəbul etməlisiniz. Yeniliyin tətbiqindən sonra “Facebook”da “digər mesajlar” qutusu da yığışdırılıb.

Odur ki, sosial şəbəkədə sizi daha çox narahat edən “qara qızlar”ın smslərini görməyəcəksiniz.



AzVision.az


Teqlər:  





Xəbər lenti