100 gündə 155 şəhid - Dəhşətli statistika

100 gündə 155 şəhid - Dəhşətli statistika
  28 Oktyabr 2015    Oxunub:2430
Türkiyədə son 100 gündə PKK terrorçularının hücumu nəticəsində 155 hüquq mühafizə orqanı əməkdaşı şəhid olub.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, dünyasını dəyişən 78 nəfər ailəli olub. Onların da 120 uşağı yetim qalıb. Eyni zamanda 6 nəfərin ölümündən sonra övladı dünyaya gəlib.

Təkcə Türkiyənin cənub-şərq hissəsində və İstanbulda terrorçuların hücumu nəticəsində 89 əsgər, 63 polis və 3 mühafizəçi şəhid olub. Ən çox şəhid verən bölgə isə Hakkaridir.

Yaş sıralamasına gəlincə isə: 20-30 yaş arası 100, 30-40 yaş arası 34 , 40-54 yaş arası isə 21 şəhid var. Hücumlar nəticəsində ölənlərdən 6-sı tabor komandiri və polis rəisidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti