Ermənistanda qanlı atışma: Yaralılar var

Ermənistanda qanlı atışma: Yaralılar var
  28 Oktyabr 2015    Oxunub:3134
Ermənistanın Artaşat şəhərində atışma baş verib.
AzVision.az “news.am”-a istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

Sonradan məlum olub ki, xəsarət alanlar iki qardaş Aşot və Armendir. Onlardan biri paytaxt İrəvana gətirilib.

Ermənistan polisi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti