İŞİD 100-dən çox ölkəni əhatə edir – Rusiya FTX
“Bizim hesablamalarımıza görə, hazırda terror təşkilatının tərkibində 100-dən artıq ölkənin vətəndaşı vuruşur. Belə muzdlular İŞİD üzvlərinin 40 faizini təşkil edir”, - deyə Bortnikov MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 39-cu iclasının açılışı zamanı qeyd edib.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir.
Rusiya hərbi hava qüvvələri sentyabrın 3-dan Suriyada İŞİD qruplaşmasına qarşı hərbi əməliyyatlara başlayıb.
Eldar Tanrıverdiyev
AzVision.az