“Barselona” Fransa çempionatında oynayacaq – Baş nazir

“Barselona” Fransa çempionatında  oynayacaq – Baş nazir
  28 Oktyabr 2015    Oxunub:4578
Əgər Kataloniya İspaniyanın tərkibindən ayrılaraq müstəqilliyini elan etsə, onda “Barselona” futbol klubu Fransa çempionatında iştirak edə biləcək.
AzVision.az Fransa KİV-nə istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Manuel Vals bildirib.

Vals xatırladıb ki, Fransa çempionatında başqa bir müstəqil dövləti təmsil edən “Monako” klubu çıxış edir.

Baş nazir qeyd edib ki, onun özü də Barselonada anadan olub və Kataloniya komandasına uşaqlıqdan azarkeşlik edir və ona görə klubun Fransa çempionatında iştirakını dəstəkləyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti