Xoşbəxt olmayanları polis dindirəcək
Belə ki, Birləşmiş Ərəb Əmirlikləri hökuməti xoşbəxt insanların daha çox yaşadığı bir ölkəyə çevrilməyi qarşısına məqsəd qoyduğunu açıqlayıb.
AzVision.az “Sputnik”a istinadən xəbər verir ki, Dubay şahzadəsi Şeyx Məhəmməd bin Rəşid ölkəsinin buna layiq olduğunu, hazırda bu sahədə dünyada 193 ölkə arasında 20-ci olduqlarını, lakin ilk 10-a girməyi hədəflədiklərini açıqlayıb.
Yeni qərara əsasən, kim xoşbəxtliyindən gileylənərsə, polis bunun səbəbini araşdıracaq və problem tezliklə həll olunacaq.
İndiyədək keçirilən anket sorğusunda ölkə əhalisinin 84%-i xoşbəxt olduğunu bildirib. 6% neytral, 10% isə xoşbəxt olmadığından gileylənib.
AzVision.az
Teqlər: