İŞİD-ə qoşulmaq üçün paraşütlə sərhədi keçdi

İŞİD-ə qoşulmaq üçün paraşütlə sərhədi keçdi
  28 Oktyabr 2015    Oxunub:1682
Ərəb əsilli 23-yaşlı İsrail vətəndaşı Nida Saleh İŞİD-ə qoşulmaq üçün paraşütlə Suriya ərazisinə uçub.
Oxu.Az The Telegraph-a istinadən xəbər verir ki, o İzrail ordusunun nəzarət etdiyi Qolan yüksəkliklərini keçərək İŞİD-in tərkibinə daxil olan “Şuhad əl-Yarmuk” terrorçu qruplaşmasına qoşulmağa gedib.

“Biz bilmirik, onu o tərəfdə kimsə gözləyirdi, ya yox. Lakin əgər kimsə paraşütlə yanlış istiqamətdə uçursa, o bunu bilərəkdən edir”, - jurnalistlərə açıqlamasında İsrail ordusunun nümayəndəsi Moti Almoz bildirib. O qeyd edib ki, hərbçilərin məlumatına görə, Saleh oktybarın 25-də uçuşa başlayıb.

CNN isə xəbər verir ki, əvvəlcə hərbçilər vətəndaşın təxliyyə edilməsi üçün geniş miqyaslı əməliyyata başlayıblar, lakin sonr qərara gəliblər ki, sərhəddən qaçış könüllü olub.

İsrailin baş naziri Salehin vətəndaşlıqdan məhrum ediləcəyinə söz verib.

“İsrailin düşmənlərinə qoşulan və İsrailə qarşı döyüşən hər kəs ölkə vətəndaşlığından məhrum ediləcək”, - baş nazir qeyd edib.


Teqlər:





Xəbər lenti