4 erməni azərbaycanlını vəhşicəsinə öldürdü – TƏFƏRRÜAT
Rusiya İstintaq Komitəsi faktla bağlı araşdırma aparan zaman məlum olub ki, itkin düşən Azərbaycan vətəndaşı erməni qruplaşması tərəfindən qətlə yetirilib.
İş üzrə şübhəli bilinən milliyətcə erməni olan dörd nəfər saxlanılıb. Onlardan biri Ermənistan, digərləri isə Rusiya vətəndaşlarıdır.
Hadisə sentyabr ayının 14-ü gecə saatlarında Puşkina şəhərində Setevoy küçəsində yerləşən restoranlardan birində baş verib. Azərbaycanlı ilə ermənilər arasından düşən dava zamanı həmyerlimiz döyülüb.
Ermənilər vəhşicəsinə Azərbaycan vətəndaşını döydükdən sonra onu“Volkswagen Touareg” markalı avtomobilin yük yerinə qoyaraq Moskva şosesindən iki kilometr aralıda, Tosneysk rayonun Qırmızı Bor qəsəbəsinə gətiriblər.
Yaralı vəziyyətdə maşından çıxarılan azərbaycanlıya ermənilər tərəfindən 13 bıçaq zərbəsi vurulub. Daha sonra qətlə yetirilən şəxsin meyiti basdırılıb, maşını isə izi itirmək üçün yandırılıb.
Qətldə şübhəli bilinən ermənilərdən ikisi həbs edilib, ikisi isə şərti azadlığa buraxılaraq, ölkədən çıxışlarına məhdudiyyət qoyulub.
Eldar Tanrıverdiyev
AzVision.az