Ermənistanda Sarkisyana seçki qadağası

Ermənistanda Sarkisyana seçki qadağası
  27 Oktyabr 2015    Oxunub:2301
Ermənistanin hakim dairələri prezident Serj Sarkisyanın şəxsən konstitusiya referendumu ilə bağlı təşviqat kampaniyasında iştirak etməməsinə dair qərara gəlib.
Bu barədə AzVision.az “Johovurd” qəzetinə istinadən xəbər verir.

“Təşviqat kampaniyasına cavabdeh olan Ermənistanın hakim Respublika Partiyasının nümayəndələri prezidentin birbaşa müdaxiləsinə ehtiyac olmaması üçün əllərindən gələn hər şeyi edəcəklərinə dair Serj Sarkisyana söz veriblər. Partiyadakılar hesab edirlər ki, baş nazir Ovik Abramyanın referendum qərargahına rəis təyin olunması kifayətdir. Onların fikrincə, Sarkisyanın bu prosesdə şəxsən iştirakı konstitusiya əlehdarları üçün əlavə əsas verə bilər”, -deyə qəzet yazır.

Qeyd edək ki, Ermənistanda konstitusiya referendumu dekabrın 6-ı keçiriləcək.

Yeni Konstitusiya ilə Ermənistanda “yarımprezident idarəetmə sistemi” ləğv ediləcək və əvəzində parlament hökuməti yaradılacaq. Bununla yanaşı, prezidentin az da olsa bəzi istisna, simvolik səlahiyyətləri olacaq.

Parlamentli respublikaya keçiddən sonra növbəti parlament seçkilərində Ermənistan prezidenti Serj Sarkisyan 2017-ci ildə istefa verə və Ermənistan Respublika Partiyasının siyahısının başçılıq edən şəxs olaraq qalib gələrsə, baş nazir kimi fəaliyyətini davam etdirə bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti