Qərb Rusiyaya görə bizə təzyiq edir – Oqtay Əsədov

Qərb Rusiyaya görə bizə təzyiq edir – Oqtay Əsədov
  26 Oktyabr 2015    Oxunub:2388
Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyinə görə Qərb ölkələrinin təzyiqinə məruz qalıb.
AzVision.az RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya KİV nümayəndələri ilə görüşü zamanı bildirib.

“Bizə qarşı olan təzyiqin əsas mahiyyəti Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması idi. Biz öz siyasətimizi aparmaq istəyirik. Prezidentimiz müstəqil siyasət yürütmək istəyir, çoxları isə bunu bəyənmir. Bizə qarşı hücumun da mahiyyəti budur”.

Parlamentin aparat rəhbəri Səfa Mirzəyev təzyiq kimi “qətnamələrin qəbul edilməsini, cəmiyyət arasında Azərbaycanın imicinin aşağı salınmasını” göstərib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti