`Onlarsız Qarabağın həlli mümkün deyil`

`Onlarsız Qarabağın həlli mümkün deyil`
  26 Oktyabr 2015    Oxunub:2671
“Qaçqınlarla bağlı məsələ həll olunmadan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil”.

AzVision.az xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçirilən mətbuat konfransında bildirib.

Həmsədrin sözlərinə görə, bu problemə bütün görüşlərdə xüsusi diqqət ayrılır: “Regionda yüz minlərlə qaçqın var. Onlara qulaq asmaq lazımdır”.

Amerikalı rəsmi qeyd edib ki, qaçqınlar və ölkə daxili yerdəyişmələrə məruz qalan şəxslərə öz evlərinə qayıtmaq imkanı yaradılmalıdır.

Həmsədr həmçinin qeyd edib ki, Azərbaycana bu dəfəki səfəri zamanı Dağlıq Qarabağın Azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlikin (ABŞ), Pyer Andrienin (Fransa) və İqor Popovun Ermənistana səfəri başlayıb.Onlar bu ölkənin prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək və daha sonra Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə baş çəkəcəklər.

Səfərdə əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın bu ilin sonunadək görüşünü təşkil etməkdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti