`Azərbaycanda seçkilər gərgin olacaq` - Rusiyalı ekspert
Ekspert deyib: “Azərbaycan öz mövqeyində qətiyyətlidir. Azərbaycan yaltaqlığın olmadığı bir ölkədir, bu isə bəzi qüvvələri qıcıqlandırır”.
“BMT, ATƏT, AŞPA və digər strukturların, hətta bəzi dövlətlərin hökumətləri müstəqilliklərini və şəxsi qərar qəbul etmək imkanlarını artıq çoxdan itiriblər. ATƏT- in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərdə müşahidəçi qismində iştirakdan imtina etməsi bu təşkilatın prinsipləri ilə uzlaşmır və bu strukturun qərəzliliyini növbəti dəfə göstərir”,- deyə A. Bıçkov vurğulayıb.