Deputatlığa namizəd qətlə yetirildi

Deputatlığa namizəd qətlə yetirildi
  25 Oktyabr 2015    Oxunub:2129
Misirdə keçirilən parlament seçkilərində sələfi "Əl-Nur" partiyasından olan namizəd Sinay yarımadasının şimalında naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Xarici KİV-lərin yaydıgı xəbərə görə, şimali Sinay yarımadasından "Əl-Nur" partiyasından yeganə namizəd olan Mustafa Əbdülrəhman Şimali Sinay əyalətinin inzibati mərkəzi Əl-Аriş şəhərində evinin qarşısında güllələnib.

Məlumata görə, namizəd evdən çıxan zaman motosikletlə hərəkət edən iki silahlı şəxs ona atəş açıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən M.Əbdülrəhmanın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda polis cinayətkarları axtarır.

Asya Hacizadə


Teqlər:  





Xəbər lenti