XİN rəhbərindən Kerriyə gözlənilməz hədiyyə - FOTO

XİN rəhbərindən Kerriyə gözlənilməz hədiyyə - FOTO
  19 Oktyabr 2015    Oxunub:2333
İspaniyada səfərdə olan ABŞ dövlət katibi Con Kerriyə qeyri-adi hədiyyə edilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın XİN rəhbəri Manuel Qarsiya-Marqalo Kerriyə gitara hədiyyə edib.

İspaniya XİN-inin binasında baş tutan görüşdə Kerri ona hədiyyə olunan musiqi aləti ilə şəkil çəkdirib və onu “dəyərli hədiyyə” adlandırıb.

Kerri yeni gitarada bir neçə akkord ifa edib, lakin o, ispan həmkarının oxumaq barədə təklifinə gülümsəyərək “Yox, yox” deyə cavablandırıb.

Öz növbəsində ABŞ Dövlət Departamentinin rəhbəri ispan həmkarına stolüstü saat hədiyyə edib. Kerrinin sözlərinə görə, bu saat Ağ Evin 35-ci sahibi Con Kennediyə məxsus olub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti