Ermənistanın ədliyyə naziri istefa verib

Ermənistanın ədliyyə naziri istefa verib
  01 Oktyabr 2024    Oxunub:964
Ermənistanın ədliyyə naziri Qriqor Minasyan istefa ərizəsini baş nazirə təqdim edib.
O, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

Bundan əvvəl iyirmiyə yaxın hökumətyönlü deputat Minasyanın tutduğu vəzifədən uzaqlaşdırılması üçün hökumət başçısına müraciət ünvanlamışdı.

Nazir isə bu imzatoplama kampaniyasından sonra istefa ərizəsini təqdim etmək qərarına gəldiyini açıqlayıb. Minasyan iddia edib ki, parlament idarəetmə sistemində nazir postunu tutmaq çətindir. Çünki ən azı bir deputatla problem yaranarsa, 20-dən çox millət vəkili nazirə qarşı çıxırsa, bu vəzifədə qalmaq olmaz.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti