Orduda 1992-2004-cü illərdə törədilən cinayətlər yenidən araşdırılıb
“Təqsirləndirilən şəxs qis-mində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi əsası ilə icraatı dayandırılmış cinayət işlərinin təcrübəli əməkdaşlar tərəfindən öyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidai istintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması, bununla da ibtidai araşdırmanın qurtarması təmin edilib”.
X.Vəliyev vurğulayıb ki, icraatı təzələnmiş işlər üzrə düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, istintaqçıların peşəkarlığı və əzmi, eləcə də məharətlə həyata keçirilmiş prosessual uyğun olaraq rəhbərlik sayəsində 25-dən artıq cinayət işinin ibtidai araşdırması yekunlaşdırılıb: “Cinayət törətmiş şəxslərin ifşa olunmasına, faktlara və şəxslərin əməllərinə hüquqi qiymət verilməsinə nail olunub”.
AzVision.az
Teqlər: