Azərbaycan aşağı neft qiymətlərinə hazırdır - Moody’s

Azərbaycan aşağı neft qiymətlərinə hazırdır - Moody’s
  19 Oktyabr 2015    Oxunub:3084
Azərbaycanın xarici aktivlərinin yüksək səviyyəsi aşağı neft qiymətlərinin ölkə iqtisadiyyatına neqativ təsiri üçün bufer zona yaradır.
AzVision.az xəbər verir ki, bu barədə “Moody’s Investors Service”in dərc etdiyi növbəti hesabatda bildirilir.

Agentliyin fikrincə, neft qiymətlərinin aşağı düşməsi artıq neftdən asılı olan Azərbaycan iqtisadiyyatına əhəmiyyətli təsir edib. Lakin 2015-ci ilin ikinci rübünün sonlarına olan məlumata əsasən, 42 milyard dollar valyuta ehtiyatı Azərbaycana aşağı neft qiymətlərinə uyğunlaşmaq üçün vaxt verir.

“Buna baxmayaq, Azərbaycan yenə də öz neft-qaz sektorundan asılıdır. Ona görə də, ölkə neft qiymətlərinin davamlı aşağı düşməsindən sığortalanmayıb. Ölkə qeyri-neft sektorunun inkişafı fonunda hələ də neft-qaz sektorundan asılı olacaq”, deyə təşkilatın vitse-prezidentinin köməkçisi Sebastyan Beker bildirib.

Moody’s vurğulayır ki, nüvə razılaşmasından sonra İrana qarşı iqtisadi və maliyyə sanksiyaların ləğvi də neft qiymətlərinin aşağı təzyiqinin Azərbaycana göstərdiyi təzyiqi nisbətən azalda bilər.

İranın bazara qayıtması nəticəsində 2016-cı ildə neft qiymətlərinin daha da aşağı düşməsi proqnozlaşdırılır, lakin İslam ölkəsinə qarşı sanksiyaların aradan qaldırılması son nəticədə Azərbaycana İranla ticarət dövriyyəsi və investisiyalar hesabına gəlirlərini artırmağa imkan verəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti