Məşhur Biq-Ben saatı işləməyəcək

Məşhur Biq-Ben saatı işləməyəcək
  19 Oktyabr 2015    Oxunub:4710
Londonun Vestminstr sarayının məşhur Biq-Ben saat qülləsi öz tarixi ərzində ilk dəfə uzun müddətə dayana bilər.
Böyük Britaniyanın simvolu 4 aylıq təmirə dayanır. Parlamentin xüsusi komissiyası təmiri ləngitməməyi qərara alıb. Hesabatda deyilir ki, saat mexanizminin yaxın 2-3 il ərzində tam dayanması riski yaranıb. Bunun qarşısını almaq üçün parlament 1859-cu ildə istifadəyə verilmiş saatların tam bərpa edilməsinə qərar verib.

Bunun üçün 30 milyon funt-sterlinq lazımdır. Bura qüllədəki siferblatın əqrəbləri, digər mexanizmlər, çat vermiş qüllənin bərpası daxildir.


Teqlər:





Xəbər lenti