Almaniyalı nazir jurnalisti təhqir edib

Almaniyalı nazir jurnalisti təhqir edib
  18 Oktyabr 2015    Oxunub:2052
Almaniyanın iqtisadiyyat naziri Zigmar Gabriyel “ZDF” telekanalına intervü verərkən aparıcı Bettina Şauster ilə fikirləri üst-üstə düşməyib və onun sualına kobud cavab verib. Nəticədə tərəflər bir-birilərinə qarşı kobud davranıblar.

Aparıcı bir neçə dəfə iqtisadiyyat nazirinin dilindən kansler Angela Merkelin miqrant siyasətinə dair söz çəkməyə çalışsa da, nazir mövzudan yayınıb. Elə bundan sonra da Zigmar Qabriyel aparıcıya qarşı sərt reaksiya göstərib.

Aparıçı “Sosial Demokratlar” partiyasının üzvü olan Zigmar Qabriyeldən “Xristian Demokratlar Birliyi” və “Xristian Sosialistlər Birliyi” partiyaları arasında gedən mühacir çəkişməsi məsələsinə dair fikir öyrənməyə çalışıb. İqtisadiyyat naziri isə bu qarşıdurmanın onun partiyasına aid olmadığını, o cümlədən özünü Angela Merkelin vəzifəsinində təsəvvür etmədiyini bildirib. Sonda deyib ki, “Mən fikirlərimi kifayət qədər aydın, səlist və açıq bildirdim. Bir daha belə sual verməyə gərək yoxdur”.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti