Rusiyada dörd terrorçu məhv edildi

Rusiyada dörd terrorçu məhv edildi
  17 Oktyabr 2015    Oxunub:2958
Dağıstanın Xasavyurt rayonunda 4 terrorçu məhv edilib.
AzVision.az-ın məlumatına görə, bu barədə “TASS” agentliyi Respublikanın güc strukturlarında olan mənbəyə istinadən xəbər verir.

“Anti-terror rejiminin tətbiq olunduğu Noviy Kuruş, Boayurt və Sadovoe kəndləri arasında yerləşən istehkamda bu gün səhər saatlarında dörd terrorçu aşkarlanaraq, məhv edilib”, - deyə mənbə bildirib.

Agentliyin mənbəsinin sözlərinə görə, öldürülən şəxslərin Xasavyurt rayonu Noviy Kuruş kənd məscidinin imamının öldürülməsində əli ola bilər.

Qeyd edək ki, imam sentyabrın 9-u öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti