Prezident xalqı pul üçün dua etməyə çağırdı

Prezident xalqı pul üçün dua etməyə çağırdı
  17 Oktyabr 2015    Oxunub:2857
Zambiya prezidenti Edqar Lunu ölkə vətəndaşlarını milli valyuta olan – kvaçinin kursunun bərpa olunması üçün dua etməyə çağırıb.
Bu barədə AzVision.az “Bloomberg”ə istinadən xəbər verir.

80 faizi xristianlar olan ölkə sakinləri bazar günü valyuta üçün dua etməli idilər.

Qeyd edək ki, həmin gün Zambiyanın ən əsas milli bayramına düşür. Həmin gün ölkədə bütün barlar, gecə klubları, həmçinin digər əyləncə məkanları bağlanacaq, ölkədə futbol oyunlarının keçirilməsi təxirə salınacaq.

Prezidentin bu təşəbbüsü cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəzi siyasətçilər prezidentin bu təşəbbüsünə qoşulacaqlarını bildiriblər: “Hökumətin vəziyyəti dəyişilməsi üçün göstərdiyi səylər vəziyyəti dəyişməyib. Yaxınlarda yanacağın qiymətinin artması isə vəziyyəti daha da çətinləşdirəcək. Bizə tanrı köməyi lazımdır”, - deyə “Həyat çörəyi” kilsəsinin yepiskopu Co İmakondo bildirib.

Eyni zamanda Zambiyanın şimal-qərbində böyük qəbilələrdən birinin rəhbəri hakim partiyanın üzvlərini axmaq adlandırıb: “Biz nəyə görəm dua etməliyik? İqtisadi möcüzə üçün? Məgər tanrı bu cəzanı bizə göndərib?”.

Qeyd edək ki, ilin əvvəlində kvaçi ABŞ dollarına nisbətən 45% ucuzlaşıb ki, bu da “Bloomberg”in kursunu izlədiyi 155 dünya valyutası arasında rekorddur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti