Türkiyə sərhədi keçən təyyarəni vurdu
“Bu gün bizim hava məkanımızda uçan pilotsuz təyyarə aşkarlanıb. Üç dəfə xəbərdarlıq etməyimizə baxmayaraq aparat uçuşu davam etdirib. Sərhədlərimizdə patrul aparan təyyarələr atəş açaraq onu vurublar”, - deyə Baş Qərargahın yaydığı məlumatda bildirilir.
Baş Qərargahın yaydığı məlumata görə, ölkə hakimiyyəti bundan sonra hava sərhədlərinin pozulmasına göz yummayacaq.
Eldar Tanrıverdiyev
AzVision.az