Suriyada iki azərbaycanlı ailə öldürüldü
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Syrian Observatory for Human Rights” təşkilatının yaydığı məlumatda bildirilir. Məlumata əsasən zərbələr Deyr-Əz-Zor vilayətinin Mayadin qəsəbəsinə endirilib. Bu zamanı Azərbaycandan olan iki qadın 6 uşaqla birgə öldürülüb.
Qeyd edək ki, Mayadin qəsəbəsi İŞİD terror təşkilatının nəzarətindədir. Azərbaycanlı ailə Mayadının mərkəzində binanın uçması nəticəsində ölüb.
Eldar Tanrıverdiyev
AzVision.az