Ruhani ilk dəfə Avropaya səfərə gedir

Ruhani ilk dəfə Avropaya səfərə gedir
  16 Oktyabr 2015    Oxunub:1747
İran prezidenti Həsən Ruhani 14-15 noyabr tarixlərində İtaliyaya səfər edəcək.
Bu barədə AzVision.az “Fars News”-a istinadən xəbər verir.

Səfər zamanı İran lideri İtaliyalı həmkarı, həmçinin bu ölkənin baş naziri və digər rəsmi şəxsləri ilə görüşəcək.

Görüşlər zamanı tərəflər ikitərəfli münasibətlər, İran və “Altılıq” ölkələri arasında imzalanan nüvə razılaşması, Suriya və İraqdakı böhran, həmçinin digər beynəlxlaq məsələləri müzakirə edəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti