Obama ilə Ərdoğan arasında kritik telefon danışığı

Obama ilə Ərdoğan arasında kritik telefon danışığı
  16 Oktyabr 2015    Oxunub:2595
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə telefon əlaqəsi saxlayıb.
AzVision.az türk KİV-lərinə istinadən xəbər verir ki, prezidentlər İŞİD-lə bağlı son durumu müzakirə ediblər.

Obama Ərdoğana “terrora qarşı mübarizədə Türkiyə ilə həmrəyik” mesajını verərək Ankarada baş verən terroru pisləyib. O həmkarına faciəyə görə başsağlığı verib.

Prezidentlər əsasən İŞİD və Rusiyanın Suriyaya hərbi müdaxiləsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Türkiyə prezidenti Obamaya İŞID-lə mübarizədə işbirliyin gücləndirilməsinin vacib olduğunu deyib.

Daha sonra PKK məsələsinə toxunulub. Ərdoğan və Obama PKK hücumlarına təcili son qoyulmasının vacib olduğunu bəyan ediblər.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti