Rusiya məşhur çeçen lideri öldürdü

Rusiya məşhur çeçen lideri öldürdü
  16 Oktyabr 2015    Oxunub:3649
Rusiya Hərbi Hava Qüvvələrinin Suriyada terrorçuların mövqelərinə endirdiyi zərbələr nəticəsində “Əhrar əş-Şam” qruplaşmasının lideri əslən çeçen olan “general” Əbu Bəkr Əş-Şişani öldürülüb.

Bu barədə RİA Novosti-yə Suriyadakı hərbi mənbə məlumat verib.

“Oktyabrın 14-də Rusiya aviasiyasının Homs şəhərinə endirdiyi zərbələr nəticəsində başda Əbu Bəkr Əş-Şişani olmaqla bir qrup yaraqlı məhv edilib”, - mənbə bildirib.

Elə həmin gün Suriyanın SANA agentliyi ölkənin Silahlı Qüvvələrinin “Əhrar əş-Şam” qruplaşmasının yeddi üzvünü öldürdüyü barədə məlumat yayıb.

Öldürülənlər arasında qruplaşmanın liderlərindən biri Ömər əl-Hodra və onun çeçen əsilli köməkçisi Əbu Anasın olduğu bildirilir.


Teqlər:  





Xəbər lenti