Almaniyadan çağırış: Türkiyəyə getməyin!

Almaniyadan çağırış: Türkiyəyə getməyin!
  16 Oktyabr 2015    Oxunub:2543
Almaniyanın Xarici İşlər Nazirliyi vətəndaşlara Türkiyədə yenidən terror hadisəsinin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, XİN yaydığı müraciətdə vətəndaşları imkan daxilində Türkiyəyə getməməyə, Türkiyədə yaşayan almanları isə ehtiyatlı olmağa, insanların çox olduğu yerlərdən uzaq durmağa çağırıb.

Ankarada baş verən qanlı hadisədən narahatlığını ifadə edən Almaniya XİN Türkiyədə yenidən terror aktının ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, oktyabrın 10-da Ankaranın dəmiryol stansiyasının yaxınlığında terror aktı törədilib. İki terrorçu kamikadzenin özlərini partlatması nəticəsində 97 nəfər ölüb, 500 nəfərədək insan yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti