Ölənlərin ailələrinə pul veriləcək - Ankara faciəsi

Ölənlərin ailələrinə pul veriləcək - Ankara faciəsi
  16 Oktyabr 2015    Oxunub:1686
Ankarada baş verən dəhşətli terror hadisəsi zamanı dünyasını dəyişən şəxslərin ailələrinə dövlət tərəfindən kompensasiya veriləcək.
AzVision.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, dünyasının dəyişənlərin ailələrinə 820, yaralılara isə 497-820 lirə arası aylıq vəsait ödəniləcək.

Qeyd edək ki, oktyabrın 10-da Ankaranın dəmiryol stansiyasının yaxınlığında terror aktı törədilib. İki terrorçu kamikadzenin özlərini partlatması nəticəsində 97 nəfər ölüb, 500 nəfərədək insan yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti