İran Ermənistanda külək stansiyası tikəcək
Onun sözlərinə görə, artıq küləklə işləyəcək stansiya üçün Ermənistana dörd turbin göndərilib. Yaxın iki ildə turbinlərin sayının 70-ə çatdırılması gözlənilir ki, bu da 50 mVt enerji əldə etməyə imkan verəcək.
“İki ölkə arasında sazişlər imzalanıb. Biz özəl şirkət olduğumuzdan bu məsələdə İran və Ermənistan hökumətlərinin bizə dəstək olacağını gözləyirik. Bizim xarici investisiyalar üçün sponsorlarımız var. Biz proqramımızı həyata keçirmək üçün bizə qanunla yardım edilməsini istəyirik”, - deyə Kave bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az