Türkiyədə kütləvi həbslər başladı - Ankara faciəsi
O, baş verən qanlı hadisə ilə bağlı araşdırma aparıldığından yaxalanan şəxslər barəsində ətraflı məlumat verə bilməyəcəyini diqqətə çatdırıb: “Lakin onların kimliyi mütləq ictimaiyyətə açıqlanacaq. Bu hadisənin arxasında duran aktyorlar məlum olana qədər işimizi davam etdirəcəyik. Vətəndaşlar bilsin ki, bu terroru törədənlər mütləq ifşa olunacaq. Bundan sonra isə lazımı tədbirlər atılacaq”.