Doğu Perinçək İsveçrəni məhkəmədə uddu

Doğu Perinçək İsveçrəni məhkəmədə uddu
  15 Oktyabr 2015    Oxunub:2931
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası məhkəmənin 17 dekabr 2013-cü ildə Türkiyə Vətən Partiyasının lideri Doğu Perinçəkin iddiası əsasında İsveçrəyə qarşı çıxardığı qərarı təsdiqləyib.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, qərara əsasən, 1915-ci hadisələrini “soyqırım” deyil, “qətliam” olaraq göstərən Vətən partiyası lideri Doğu Perinçekə cəza verən İsveçrənin haqsız olduğu təsdiqlənib. AİHM-in Böyük Palatası İsveçrənin apelyasiya şikayətini rədd edib və əvvəlki qərarı dəyişməz saxladı.

Həmin qərara görə isə deyilirdi ki, hüquqi müstəvidə təsdiq edilmiş Holokost faktından fərqli olaraq “erməni soyqırımı” narrativi tarixi fakt deyil, rəydir (özü də əsla ümumi və əsla yeganə rəy deyil), akademik dairələrdə bu məsələ barəsində konsensus əldə edilməyib və çətin ki, əldə ediləcək, əks fikir söyləməyə görə hər hansı cinayət təqibi isə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozulması deməkdir. Beləliklə, bu gündən etibarın İsveçrə Doqu Perinçekin təqsirkar hesab edilməsi barədə özünün əvvəlki qərarını ləğv etməli və ona tam bəraət verməlidir.

Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçək 23 iyul 2005-ci ildə İsveçrənin Lozan şəhərində keçirilən mitinqdə dediyi “Erməni soyqırımı beynəlxalq yalandır!” - sözlərinə görə polis tərəfindən saxlanılıb. Türkiyənin müdaxiləsi ilə sərbəst buraxılan D. Perinçək daha sonra məhkəmə tərəfindən 3 ay həbs cəzasına məhkum edilsə də, məhkumiyyəti pul cəriməsi ilə əvəz edilərək azadlığa buraxılıb.

2008-ci ilin iyununda D. Perinçəkin vəkili Mehmet Cengiz söz və ifadə azadlığını məhdudlaşdırdığına görə İsveçrədən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. AİHM 17 dekabr 2013-cü ildə bu şikayəti təmin edərək Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozulduğuna və İsveçrənin söz və ifadə azadlığını məhdudlaşdırdığına dair qərar qəbul edib. AİHM-in qərarında 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi xarakterizə edilə bilinməyəcəyi də qeyd olunub.


Teqlər:  





Xəbər lenti