`25 ildir birləşmişik, amma...` - Alman mediası

`25 ildir birləşmişik, amma...` - Alman mediası
  15 Oktyabr 2015    Oxunub:1517
`Almaniyanın birləşməsindən 25 il ötməsinə baxmayaraq, hələ də bir çox dövlət strukturları ADR dönəmindəki yerini qoruyub saxlamaqdadır`. Bu problemə toxunan “Bild” qəzeti yazır ki, paytaxt Berlin olsa da, dövlət əhəmiyyətli idarələr əvvəlki tək Bonn şəhərində fəaliyyət göstərir.

“Bu vaxta qədər Bonndakı rəsmi idarə və binalar paytaxt Berlində mərkəzləşməyib. Təqribən idarələrin 1/3-i keçmiş ADR ərazisində, Bonn şəhərindədir. Ümumilikdə 6-dək federal nazirlik Bonn şəhərində yerləşir. Bunların sırasına Təhsil, İqtisadiyyat, Səhiyyə, Ekologiya, Müdafiə və Sosial-Əmək nazirlikləri daxildir. Berlin və Bonn şəhərlərində yerləşən nazirliklərin uzaq məsafədə olması ildə 8 milyon avro əlavə xərcə yol açır”,- deyə qəzet bildirir.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti