ATƏT-ə məxsus avtomobillər yandırıldı

ATƏT-ə məxsus avtomobillər yandırıldı
  14 Oktyabr 2015    Oxunub:1847
Şərqi Ukraynanın Donetsk vilayətində ATƏT-in avtomobillərinə hücum qeydə alınıb.

AzVision.az
“Euronews” telekanalına istinadən bildirir ki, gecə vaxtı dayanacaqdakı avtomobillərə seperatçılar tərəfindən od vurularaq yandırılıb.

ATƏT-in Ukrayna üzrə missiyasının rəhbəri Aleksandr Hug baş vermiş faktla əlaqədar açıqlamasında qeyd edib ki, bu hadisə ATƏT-in Ukraynadakı fəaliyyətinə qarşı törədilmiş növbəti təhtidlərdən biridir. Güman ki, bu hadisəni törədənlər ATƏT-in bölgədəki fəaliyyətini əngəlləməyi hədəfləyirlər.

Fərrux


Teqlər:





Xəbər lenti