Almaniyada daha bir jurnalist təqib olunur

Almaniyada daha bir jurnalist təqib olunur
  13 Oktyabr 2015    Oxunub:2110
Almaniyanın xüsusi hərbi istintaq orqanı (MAD) jurnalistlərdən birini “G36” adlı silaha aid məxfi informasiyanı yayımladığı üçün istintağa cəlb edə bilər. Almaniyanın müdafiə nazirliyinin də məsələyə qarışdığı bildirilir.

“G36” adlı hücum silahına aid məlumatların mətbuata sızması böyük skandala yol açıb. Almaniyanın xüsusi hərbi xidmət orqanı quruluşca çox kiçikdir və ölkədə olduqca az tanınır. Təqribən 1100 nəfər işçisi var, güman olunur ki, orqan öz işçiləri arasında da “casusluq” adı altında yoxlamaya başlayacaq.

Xüsusi xidmət orqanı konkret olaraq jurnalist Lars Vinkelsdorfdan şübhələnir, çünki o, əvvəl hərbi ekspert-jurnalist kimi orqanda çalışıb. Elə o zaman da hücum silahları haqqında ciddi bilgilərə sahib olduğu ehtimal olunur.

Hazırda Almaniya müdafiə nazirliyi və xüsusi hərbi xidmət orqanı tərəfindən jurnalistlə bağlı (MAD) çox ciddi şəkildə, eləcə də geniş sferada istintaq araşdırma işinə start verilib.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti