`Mən erməni deyiləm...` - Məşhur müğənni
“Mənim barəmdə bilinən səhv məlumatlar: Valideynlərimin erməni, yunan və ya yəhudi olması barədə məlumatlar yanlışdır. Elə bir şey olsaydı sinəmə döyərək deyərdim. Mənim üçün insan vardır. Din, irq, millət, məzhəb və rəng fərqləri bir heçdir. İnsan dünyanın hər yerində insandır. O qədər.”
Bəs Nilüfer Yumlu kimdir? Türkiyəli müğənni, şair və bəstəkar olan Nilüfer 1955-ci mayın 31-də İstanbulun ən kübar bölgələrindən olan Beyoğlu Cihangirdə anadan olub. İlk albomunu 17 yaşında 1972-ci ildə çıxarıb. Bundan bir il sonra, 1973-cü ildə çıxrdığı “Dünya dönüyor” albomu ilə isə şöhrət qazanıb. Bundan sonra bir çox dəfə musiqi albomları çıxaran Nilüfer 1978-ci ildə “Eurovision” mahnı müsabiqəsində Türkiyəni təmsil edib. “Nilüfer-84” albomunda “Kar taneleri” mahnısını birlikdə oxuduğu Kayahan Açarla 90-cı illərin sonuna qədər əməkdaşlıq edib. Kayahanın onun musiqi karyerasında əhəmiyyətli rolu olub.
Bu yaşına qədər musiqi fəaliyyətinə davam edən müğənni 30-dan çox albom çıxarıb və onun kasetləri milyonlarla satılıb. (Ans)