Rusiyada üç terrorçu öldürüldü

Rusiyada üç terrorçu öldürüldü
  12 Oktyabr 2015    Oxunub:2183
İnquşetiyada Rusiya xüsusi xidmət orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində üç yaraqlı öldürülüb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, daha dörd yaraqlı isə saxlanılıb.

Məlumata əsasən xüsusi əməliyyat Respublikanın Nazranovsk rayonunda həyata keçirilib.

Rusiya Milli Anti-terror Komitəsinin yaydığı informasiyaya görə, cinayətkarların mülkü və hüquq-mühafizə orqanları əməkdaşlarını öldürülməsində əli var. Komitədən bəyan ediblər ki, yaraqlılar İnquşetiyada terror aktı törətməyə hazırlaşırmışlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti